Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

Qafar Ağayev09:54 - 04 / 06 / 2025
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndində fəaliyyət göstərən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun istismar müddətinin bitdiyi, tam texniki müayinəsinin aparılmadığı, tutumun üzərində quraşdırılmış qoruyucu klapanların dövri yoxlanılmasının keçirilmədiyi, həmçinin tutumun üzərində quraşdırılmış manometrlərin iş prosesində yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Paylaş:
85

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər