Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul edib

Qafar Ağayev11:04 - 04 / 06 / 2025
Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd Faysalı qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı siyasi, iqtisadi, ticarət və tranzit əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
98

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər