Zərdabda qanunsuz tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda qanunsuz tikili sökülüb - VİDEO

17:16 - 05 / 06 / 2025
Zərdabda qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu abrədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsi tərəfindən Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəkirov Taleh Ağaəli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər