Azərbaycan zeytun yağı Londonda qızıl medala layiq görüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan zeytun yağı Londonda qızıl medala layiq görüldü

11:54 - 05 / 06 / 2025
Azərbaycan zeytun yağı Londonda qızıl medala layiq görüldü

Azərbaycanın zeytun yağı sahəsində aparıcı brendlərindən biri olan Olivea növbəti beynəlxalq uğurunu qazanıb — məhsul, dünyanın ən nüfuzlu müsabiqələrindən sayılan London 2025-də Qızıl Medala layiq görülüb.

Bu nüfuzlu müsabiqədə təqdim olunan yüzlərlə zeytun yağı nümunəsi arasında fərqlənmək, məhsulun yüksək keyfiyyəti və innovativ istehsal standartlarının bariz göstəricisidir. Qeyd etmək lazımdır ki, Olivea brendi ötən il eyni yarışmada Gümüş Medal, Kanadada keçirilən müsabiqədə yenidən Gümüş Medal, Dubayda təşkil olunan beynəlxalq yarışmada isə Qızıl Medal qazanaraq, qlobal bazarda etibarlı və keyfiyyətli brend imicini daha da möhkəmləndirmişdir.
Məhsulun bu səviyyədə tanınmasının əsasında onun tam təbii tərkibi və heç bir əlavə qatqı olmadan, soyuq sıxım texnologiyası ilə istehsal olunması dayanır. Hər damla Olivea zeytun yağı, zeytun meyvəsinin öz təbiiliyini qoruyaraq istehlakçılara təqdim olunur.

Böyük təsərrüfat, böyük məsuliyyət
Grand Agro şirkəti Abşeron yarımadasında yerləşən müasir təsərrüfat sahələrində fəaliyyət göstərir. Hal-hazırda şirkətə məxsus 4 min hektara yaxın torpaq ərazilərində minlərlə zeytun və badam ağacı əkilmişdir. Genişmiqyaslı əkin sahələri təkcə aqrar inkişaf deyil, eyni zamanda Azərbaycanın ekoloji tarazlığına müsbət təsir göstərməkdədir. Yaşıllıq sahələrinin genişlənməsi hava keyfiyyətini yaxşılaşdırır, torpağın münbitliyini qoruyur və biomüxtəlifliyə töhfə verir.

Müasir istehsal və ixrac potensialı
Məhsullar yalnız yerli bazarda deyil, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (Dubay), İspaniya və İsrail kimi beynəlxalq bazarlarda da satışa çıxarılır. Olivea brendi, bu ölkələrin seçici istehlakçı auditoriyasında da öz yerini taparaq Azərbaycan istehsalının qlobal səviyyədə keyfiyyət simvoluna çevrilməkdədir.

Şirkətin ixrac sahəsindəki aktiv fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə “Grand Agro” MMC, 2024-cü il üzrə “Fəal ixracatçı şirkət” nominasiyasında “Dayaq” mükafatına layiq görülmüşdür. Əldə olunan bu beynəlxalq nailiyyətlər, Grand Agro komandasının peşəkarlığının, davamlı inkişaf strategiyasının və Azərbaycan kənd təsərrüfatının artan potensialının bariz nümunəsidir.

Reklam hüququnda

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər