Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel " markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərruafatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
99