Salyanda köhnə tikilinin içərisində gizlədilmiş külli miqdarda narkotik aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda köhnə tikilinin içərisində gizlədilmiş külli miqdarda narkotik aşkarlanıb - FOTO

13:20 - Bu gün
Salyanda köhnə tikilinin içərisində gizlədilmiş külli miqdarda narkotik aşkarlanıb - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar xidmətindən 1news.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Ələkbərov Elçin Ağamirzə oğlu tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər