Ötən gün vətəndaşların bank kartlarından 6 min manata yaxın pul oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşların bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

12:28 - 07 / 06 / 2025
Ötən gün vətəndaşların bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

Vətəndaşların bank kartlarından iyunun 6-da 6 min manata yaxın pul oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 4850 AZN, 1000 AZN, 999 AZN, 750 ABŞ dolları və digər məbləğlərin ələ keçirildiyi müəyyən olunub:

"Araşdırmalar göstərir ki, bu hallar adətən vətəndaşların kart məlumatlarını, xüsusilə, CVV/CVC kodu, kartın istifadə müddəti və OTP şifrəsini üçüncü şəxslərlə paylaşmaları nəticəsində baş verir. Vətəndaşlara bir daha xatırladılır ki, bank kartı məlumatları məxfi saxlanmalı, heç bir halda tanımadığınız şəxslərlə paylaşılmamalıdır, naməlum nömrələrdən daxil olan zəng və mesajlara cavab verilməməlidir, şübhəli əlaqə halında dərhal münasibət kəsilməli, nömrə bloklanmalıdır".

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər