18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb

17:57 - Bu gün
18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər