Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək

Qafar Ağayev14:42 - 10 / 06 / 2025
Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək

İyunun 13-də rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək.

Bu barədə 1news.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iyunun 17-si saat 11:00-dan etibarən isə tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi prosesinə start veriləcək.

Qeyd edək ki, mayın 1-də başlayan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və sentyabrın 12-dək davam edəcək.

Paylaş:
128

Son xəbərlər

Bütün xəbərlər