Abşeron rayonunda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Abşeron rayonunda yerləşən iki mağazadan oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 838 manat maddi ziyan vurulub.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
123