Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 %-ə yaxın artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 %-ə yaxın artıb

Qafar Ağayev13:10 - 11 / 06 / 2025
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.

1news.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 106 520 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Paylaş:
159

Son xəbərlər

Bütün xəbərlər