Narkotik yetişdirən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik yetişdirən şəxs saxlanıldı

Qafar Ağayev15:25 - 11 / 06 / 2025
Narkotik yetişdirən şəxs saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər