Bu günə qədər artıq 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günə qədər artıq 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Qafar Ağayev15:58 - 11 / 06 / 2025
Bu günə qədər artıq 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Bu günə qədər artıq 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Xatırla

Paylaş:
143

Son xəbərlər

Bütün xəbərlər