Bakıda minik maşını ilə motosikletin toqquşması nəticəsində kuryer ağır xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda minik maşını ilə motosikletin toqquşması nəticəsində kuryer ağır xəsarət alıb

08:46 - 11 / 06 / 2025
Bakıda minik maşını ilə motosikletin toqquşması nəticəsində kuryer ağır xəsarət alıb

Bakının Azadlıq prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, "Canqan A05" markalı minik avtomobili motosikletlə hərəkətdə olan kuryeri vurub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Əraziyə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər