Sumqayıtda silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda silah-sursat aşkarlanıb

Qafar Ağayev09:57 - 11 / 06 / 2025
Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

1news.az xəbər verir ki, hadisə şəhərin "Xəzər bağları" massivində qeydə alınıb.

Ərazidən 1 ədəd "AKS-47" markalı 7,62 kalibirli avtomat silahı, həmin silaha məxsus 1 ədəd daraq və 17 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
127

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər