Sabah Lənkəranın 12 kənd və 1 qəsəbəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Lənkəranın 12 kənd və 1 qəsəbəsində qaz olmayacaq

12:55 - 11 / 06 / 2025
Sabah Lənkəranın 12 kənd və 1 qəsəbəsində qaz olmayacaq

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, Lənkəran rayonunun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır.

Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər