“TikTok”da ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“TikTok”da ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb

13:12 - 12 / 06 / 2025
“TikTok”da ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb

“TikTok” sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər