ABŞ Prezidenti Tramp: “İsrailin hücumundan əvvəl xəbərim var idi”

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumdan sonra ABŞ Dövlət Departamentinin “Biz bu hücumda iştirak etmirik” açıqlamasına ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib.
1news.az xəbər verir ki, Fox News telekanalına müsahibəsində Tramp hücum planından əvvəlcədən xəbərdar olduğunu deyib.
“İsrailin hücumunu əvvəlcədən bilirdim. Amma bu hücuma baxmayaraq, İranla nüvə danışıqları davam etməlidir”.
Tramp ABŞ-ın hücumda iştirak etmədiyini vurğulayıb və əlavə edib: “İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik. Ümid edirik ki, danışıqlar masasına geri dönəcəyik. Baxaq görək necə olacaq. Amma liderliklərində geri dönməyəcək bir neçə şəxs artıq yoxdur”.
“Lazım gələrsə, İsraili müdafiə edəcəyik”
ABŞ Prezidenti əlavə edib ki, İsrailin hücumlarına qarşı Tehranın reaksiyasını gözləyirlər: “Lazım gələrsə, İsraili müdafiə edəcəyik”.
Qeyd edək ki, Tramp hücumdan bir neçə saat əvvəl də belə açıqlama vermişdi: “İsrailin İrana hücumu yaxın görünmür, lakin baş vermə ehtimalı yüksəkdir”.