“Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Qafar Ağayev12:37 - Bu gün
“Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrası çərçivəsində ilk tədbir keçirilib.

1news.az xəbər verir ki, Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Tədbir çərçivəsində 25 məktəblinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri təşkil olunub.
Səfər zamanı Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının, xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir. Səfərin məqsədi barədə danışan L.Azərtaş bildirib ki, şagirdlərin peşə liseyinə səfərinin təşkilində məqsəd təhsildən, xüsusilə də 9-cu sinifdən sonra məktəbdən uzaqlaşdırılan məktəblilərin peşə təhsilinə marağını artırmaq, bununla da onların ailə qurmaq istəyinə, erkən nikah qurbanına çevrilmə ehtimalına qarşı maarifləndirmə işləri aparmaqdır.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Zibaxanım Cəfərli şagirdlərə mərkəzdə fəaliyyət göstərən emalatxanalar, tədris olunan ixtisaslar barədə məlumat verib. Bildirib ki, mərkəzi bitirən şagirdlər uyğun işlə təmin olunur. Şagirdlər peşə məktəbində təhsil alanlar üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər. Onlar maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tədbirdə peşə liseyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər