Şimali Makedoniya Respublikası Assambleyasının sədri ölkəmizə səfərə gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimali Makedoniya Respublikası Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Qafar Ağayev09:39 - 17 / 06 / 2025
Şimali Makedoniya Respublikası Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 16-da Azərbaycana rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Spiker Afrim Qaşi ölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.

Paylaş:
198

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər