Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi

Bu gün, 17 iyun 2025-ci il saat 11:00-dan etibarən ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul çərçivəsində məktəb və müəllim seçimi mərhələsinə start verilib.
1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, valideynlər 25 iyun 2025-ci il saat 18:00-a qədər Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün davam edən müsabiqəyə yazıla bilərlər.
Bununla yanaşı, aşağıdakı təhsil müəssisələri üzrə də rus bölməsi üçün seçim prosesi eyni tarixədək aparılacaq:
İ.Əfəndiyev adına Elitar Gimnaziya;
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;
T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
132–134 nömrəli Təhsil Kompleksi;
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
“Zəngi” liseyi.
Qeyd edək ki, bu məktəblərə uşaq üçün prioritet hüquqlar mövcud olduğu halda birbaşa məktəb seçimi mümkündür. Prioritet hüquqa malik olmayan uşaqlar isə qəbul üzrə müsabiqəyə qeydiyyatla iştirak edə bilərlər.