Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Qafar Ağayev12:22 - Bu gün
Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər