Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada yüksək nəticə göstərib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada yüksək nəticə göstərib - FOTO

22:56 - 19 / 06 / 2025
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada yüksək nəticə göstərib - FOTO

132-134 saylı liseyin şagirdi Mirel Mustafazadə beynəlxalq olimpiadada böyük uğura imza atıb.

3-cü sinif şagirdi Mirel Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, FİSO - “Future Intelligence Students Olympiad” olimpiadasında qatıldığı ingilis dili fənni üzrə qızıl medal qazanmışdır.

Öz kateqoriyası üzrə ən yaxşı nəticələrdən birini göstərdiyinə görə, həmyerlimizə qızıl medaldan əlavə “Brilliyant mükafat” da (“Diamond Award”) təqdim olunub.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər