Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib

Qafar Ağayev16:39 - Bu gün
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər