Azərbaycan XİN-dən İsrail və İran arasında atəşkəs elan edilməsinə MÜNASİBƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN-dən İsrail və İran arasında atəşkəs elan edilməsinə MÜNASİBƏT

Qafar Ağayev16:49 - 24 / 06 / 2025
Azərbaycan XİN-dən İsrail və İran arasında atəşkəs elan edilməsinə MÜNASİBƏT

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.

XİN-dən 1news.az verilən xəbərə görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq", - XİN-in məlumatında qeyd olunub.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər