İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın! | 1news.az | Xəbərlər
Cəmiyyət

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!

11:40 - Bu gün
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!

Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır.

Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur. PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə həyata keçirilən layihə hər kəsə qlobal maliyyə bazarlarına rahat və sərfəli çıxış təqdim edir. Birbank Invest-lə dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, zamansız və təhlükəsizdir.

Qeyd edək ki, Birbank brendinin təqdim etdiyi Birbank Invest, Azərbaycanda bank tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Tətbiq həm investisiya sahəsində ilk addım atanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilər bu innovativ platforma sayəsində sərvətlərini asanlıqla idarə edə, investisiya imkanlarından effektiv şəkildə faydalana bilərlər.

Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest istifadəçilərinə unikal fürsətlər təqdim edir:

- ABŞ-ın aparıcı şirkətləri və ETF-lər daxil olmaqla, 11 000-dən çox maliyyə alətinə çıxış imkanı;

- Cəmi 1 ABŞ dolları ilə investisiyaya fürsəti;

- Hissəli səhmlərlə sərfəli və əlçatan yatırım;

- Əlavə sənəd tələb olunmadan, sürətli və tam rəqəmsal qeydiyyat prosesi;

- CFD deyil, səhmlərin birbaşa istifadəçinin adına rəsmiləşdirilməsi ilə şəffaf sahibliyin təmin olunması;

- 7/24 sifariş qəbul etmə imkanı və real vaxtda portfel izləmə funksiyası;

- Kartı manual olaraq əlavə etmədən vəsaiti anındaca yükləmə imkanı;

- Rəqabətli komissiya şərtləri: əməliyyat üzrə cəmi 0.2%, minimum 1 ABŞ dolları, maksimum 100 ABŞ dolları;

- Yüksək səviyyəli təhlükəsizlik sistemi və SIPC sığortası ilə istifadəçi balansının 500 000 ABŞ dollarınadək sığortalanması;

Birbank Invest mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından yükləmək mümkündür.

Mobil təbiqi yükləmək üçün: https://onelink.to/ryprcz

2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. İstifadəçilərə beynəlxalq maliyyə bazarlarına rahat, təhlükəsiz və əlçatan çıxış imkanı yaradan rəqəmsal platforma “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Birbank Invest barədə daha ətraflı məlumat almaq üçün https://birbankinvest.az/ saytına keçid edə, onlayn çat vasitəsilə birbaşa sorğularınızı ünvanlaya, 196 Sorğu Mərkəzinə zəng edə və ya Bank Invest-in müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz - https://linktr.ee/birbank.invest.

Reklam hüququnda

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər