Ali Məhkəmədə apellyasiya instansiyası məhkəmələrinin və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə görüş keçirilib

Ali Məhkəmədə apellyasiya instansiyası məhkəmələrinin və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə goruş keçirilib
1news.az xəbər verir ki, 2025-ci il iyunun 25-də Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiyası məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.
Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun sədrliyi ilə aparılan iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Apellyasiya instansiyası məhkəmələrinə kassasiya instansiyasının qərarlarında əksini tapan hüquqi mövqelərə riayət edilməsi və bu mövqelərin vahid hüquqi yanaşmalarla tətbiq olunması barədə tövsiyələr verilib.
