Xalq artisti Həsən Seyidbəylinin vəfatından 45 il ötür | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti Həsən Seyidbəylinin vəfatından 45 il ötür

10:32 - Bu gün
Xalq artisti Həsən Seyidbəylinin vəfatından 45 il ötür

Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün görkəmli kino xadiminin vəfatından 45 il ötür.

Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər