Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Qafar Ağayev09:24 - Bu gün
Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.

Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə olacaq.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər