Külək, yağış, isti - Sabahın havası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək, yağış, isti - Sabahın havası açıqlandı

12:51 - 02 / 07 / 2025
Külək, yağış, isti - Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər