Bakının Sabunçu və Suraxanı rayonlarında qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Sabunçu və Suraxanı rayonlarında qaz olmayacaq

Qafar Ağayev09:25 - Bu gün
Bakının Sabunçu və Suraxanı rayonlarında qaz olmayacaq

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər