Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunur.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur" - deyə müraciətdə qeyd olunub.
91