“28 May” metro stansiyasının yaxınlığında yerləşdirilən köşk söküldü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“28 May” metro stansiyasının yaxınlığında yerləşdirilən köşk söküldü – FOTO

Qafar Ağayev09:52 - Bu gün
“28 May” metro stansiyasının yaxınlığında yerləşdirilən köşk söküldü – FOTO

Ötən gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında quraşdırılan və sakinlərin narazılığına səbəb olan köşklə bağlı məlumat vermişdik.

1news.az-ın müxbirinin məlumatına görə, bu səhər həmin köşk artıq yerində olmayıb.

Qeyd edək ki, Bakı şəhərinin Nəsimi rayonunda, “28 May” metro stansiyasının yaxınlığında 3 iyun gecə saatlarında ticarət köşkünün quraşdırılmışdı.

Bu məsələ sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. İstifadəçilər həmçinin köşklərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında piyadaların hərəkətinə maneə yaradacağından narahat idilər.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər