ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər - FOTO

20:13 - 05 / 07 / 2025
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər - FOTO

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

Tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqan mənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Paylaş:
87

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər