Gəncədə iki gün qaz olmayacaq

Gəncə şəhərində iki gün qaz olmayacaq.
1news.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı 08.07.2025-ci il tarixindən saat 09:00-dan etibarən (iki gün müddətində) 09.07.2025-ci il tarixində işlər başa çatanadək “Gəncə 1 və 2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdıqdan sonra isə bərpası planlaşdırılır.
77