Pirəkəşküldə müddəti başa çatmış döyüş sursatları məhv ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirəkəşküldə müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Qafar Ağayev10:48 - Bu gün
Pirəkəşküldə müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 7-11 iyul tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq",- məlumatda qeyd edilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər