Abşeron rayonunda 69 yaşlı kişi quyuya düşüb

Abşeron rayonunda bədbəxt hadisə baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 6-sı saat 22 radələrində 1956-cı il təvəllüdlü Rza Əhəd oğlu Nəcəfov yaşadığı Fatmayı qəsəbəsindəki evin yaxınlığında boş quyuya düşüb.
Müxtəlif dərəcəli xəsarətlər alan 69 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
76