Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Qafar Ağayev09:26 - Bu gün
Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.

Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə idmançılarla yanaşı, onların məşqçiləri də iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər. Aerobika gimnastikası, akrobatika gimnastikası, kayak, kanoe, akademik avarçəkmə, boks, basketbol, cüdo, çimərlik güləşi, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, minifutbol, kikboksinq, karate, MMA, parapauerliftinq, parabadminton, kəmər güləşi, qırğız kuroşu, deflimpiya (karate WKF) idman növlərinin nümayəndələri qatıldıqları yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Sonda Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər