Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb

09:06 - Bu gün
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər