Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib

Qafar Ağayev09:47 - Bu gün
Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib

28 azərbaycanlı iyulun 8-də Almaniyadan geri qəbul edilib.

Bu barədə 1news.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər