Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

16:14 - 11 / 07 / 2025
Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

DİN BNMİ-nin növbəti əməliyyatı zamanı Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

E.Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
127

Son xəbərlər

Bütün xəbərlər