Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın dünyasını dəyişib

17:11 - 11 / 07 / 2025
Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın dünyasını dəyişib

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini 1979-cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər