Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb

10:52 - 11 / 07 / 2025
Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər