Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan keçmiş məhkum şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan keçmiş məhkum şəxs saxlanılıb

15:16 - Bu gün
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan keçmiş məhkum şəxs saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubov saxlanılıb.

1news.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər