Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

15:53 - Bu gün
Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları dələduzluq əməlini törətməkdə şübhəli bilinən, axtarışda olan 38 yaşlı N.İbrahimovu saxlayıblar.

Bundan başqa, rayon ərazisində bir nəfərin bank kartından 2000 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı R.Feyzullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər