Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

11:54 - Bu gün
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İyul ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılıb, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər