Xırdalanda elektrik enerjisinin verilişində fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

16:52 - Bu gün
Xırdalanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq.

Bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər