Köməksiz vəziyyətdə qalan yaşlı qadın xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köməksiz vəziyyətdə qalan yaşlı qadın xilas edilib - VİDEO

12:01 - Bu gün
Köməksiz vəziyyətdə qalan yaşlı qadın xilas edilib - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində yerləşən mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

1news.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 1956-cı il təvəllüdlü vətəndaşı xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər