Çinlilər bu gündən Azərbaycana vizasız giriş edirlər - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Çinlilər bu gündən Azərbaycana vizasız giriş edirlər - RƏSMİ

Qafar Ağayev13:50 - Bu gün
Çinlilər bu gündən Azərbaycana vizasız giriş edirlər - RƏSMİ

Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çin Xalq Respublikasına, o cümlədən Çin vətəndaşları ölkəmizə 180 günlük dövr ərzində cəmi 90 gün olmaqla vizasız səfər edə bilərlər.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

"Bu tələbin sadə izahı 90 gün toplam ölkədə olduqdan sonra təkrar giriş etmək üçün növbəti 90 günün gözlənilməsidir. Ölkəyə hər girişdə maksimum olma müddəti 30 gündür.

30 gündən artıq əmək fəaliyyəti, təhsil və ya digər məqsədlə ölkədə qalmaq istəyən şəxslər müvafiq viza əldə edə bilərlər.

Qarşılıqlı səfərlərin xoş, uğurlu, məlumatlı, yüksək təəsüratlı olmasını diləyirik",-o deyib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər