İsrail Qəzzada 120-dən çox hədəfə zərbələr endirib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsrail Qəzzada 120-dən çox hədəfə zərbələr endirib

14:39 - Bu gün
İsrail Qəzzada 120-dən çox hədəfə zərbələr endirib

İsrail aviasiyası Qəzza zolağında fələstinli silahlı qruplaşmalara məxsus obyektlərə hava zərbələri endirməyə davam edir. İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, son 24 saat ərzində anklavda 120-dən çox hədəf vurulub.

1news.az-ın İsrail mətbuatına istinadla verdiyi xəbərə görə, hədəf alınan obyektlər arasında hərbi infrastruktur, silah və sursat anbarları, eləcə də yeraltı tunellər olub.

Məlumata əsasən, silahlı qruplaşmaların bəzi dəstələri də zərbələr nəticəsində zərərsizləşdirilib. Quru əməliyyatları isə İsrail ordusunun bölmələri tərəfindən davam etdirilir. Xüsusilə anklavın şimal bölgəsində radikal qrupların İsrail tankına tank əleyhinə raketlə hücum etdiyi bildirilir. Ordudan hər hansı itki ilə bağlı məlumat verilməyib.

"Raket atanlar dərhal cavab atəşi ilə zərərsizləşdirilib", – deyə IDF-in açıqlamasında qeyd olunub.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər